Valideynlərdən tez-tez eşidirik: “Övladım SAT versin, yoxsa DİM imtahanına hazırlaşsın?” Düzgün cavab ailənin planından və şagirdin güclü tərəflərindən asılıdır.
SAT kimlər üçündür?
SAT xaricdə bakalavr təhsili və ADA, UFAZ kimi SAT nəticəsini qəbul edən yerli universitetlər üçün lazımdır. İmtahanı ildə bir neçə dəfə vermək və ən yaxşı nəticəni göndərmək olar.
- İngilis dili səviyyəsi B2 və yuxarıdır
- Riyaziyyatda məntiqi tapşırıqlar xoşunuza gəlir
- Xaricdə təqaüd proqramlarına müraciət etmək istəyirsiniz
Qəbul imtahanı kimlər üçündür?
Dövlət universitetlərinə qəbul üçün buraxılış və qəbul imtahanları əsas yoldur. Hazırlıq adətən 9–10-cu sinifdən başlayır və imtahan ildə bir dəfə keçirilir.
Hər ikisi mümkündürmü?
Bəli, amma plan dəqiq olmalıdır. Tələbələrimizin bir hissəsi 10-cu sinifdə SAT verir, 11-ci sinifdə isə tam olaraq qəbul imtahanına fokuslanır. Riyaziyyatın böyük hissəsi hər iki imtahanda üst-üstə düşür.
Qərar verməkdə çətinlik çəkirsinizsə, pulsuz məsləhət görüşünə yazılın: səviyyə testindən sonra hər iki ssenarini rəqəmlərlə müzakirə edək.